Yuxarı

Milli Məclisə seçkilərdə iştirak etmək üçün indiyədək seçki dairələrinə 665 nəfər müraciət edib

399 nəfərə imza vərəqi verilib

Bakı. 16 sentyabr. REPORT.AZ/ “Milli Məclisə seçkilərdə iştirak etmək üçün seçki dairələrinə 665 nəfər müraciət edib, onlardan 338 nəfərin namizədliyini partiyalar, 25 nəfəri seçki bloku, 3 nəfəri təşəbbüs qrupu irəli sürüb. 300 nəfər isə öz təşəbbüsü ilə namizədliyini irəli sürüb”.

“Report”un məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.

O bildirib ki, namizədliklərini irəli sürən şəxslərdən 508 nəfərin namizədliyinin irəli sürülməsi təsdiq olunub, 399 nəfərə isə imza vərəqi verilib.

M.Pənahov qeyd edib ki, seçkiləri izləmək üçün 96 nəfər müşahidəçilik üçün müraciət edib, onlardan 86-nın namizədliyi öz təşəbbüsü, 9 nəfəri isə qeyri-hökumət təşkilatları tərəfindən irəli sürülüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi