Milli Məclisə seçkilərlə bağlı 5 milyon 250 min bildiriş çap ediləcək

Milli Məclisə seçkilərlə bağlı 5 milyon 250 min bildiriş çap ediləcək Bildirişin mətni, forması, sayı və hazırlanması qaydası təsdiqlənib
Daxili siyasət
31 Avqust , 2015 16:17
Milli Məclisə seçkilərlə bağlı 5 milyon 250 min bildiriş çap ediləcək

Bakı. 31 avqust. REPORT.AZ/ Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib.
“Report”un məlumatına görə, iclasda bu il noyabrın 1-nə təyin edilən Milli Məclisə seçkilərdə səsvermənin yeri və vaxtı barədə seçicilərin məlumatlandırılmasına dair bildirişin mətni, forması, sayı və hazırlanması qaydası təsdiqlənib.

Qayda ilə bağlı MSK sədrinin müavini Natiq Məmmədov məlumat verib. O deyib ki, bildirişlərdə səsvermə ilə bağlı geniş, müfəssəl məlumat verilir. O qeyd edib ki, bu seçkilərdə bildirişlərin say 5 milyon 250 min ədəd olacaq.

Son xəbərlər

Orphus sistemi