Milli Məclisdə yeni komitələr yaradılıb və komitələrin sədrləri seçilib - SİYAHI

Milli Məclisdə yeni komitələr yaradılıb və komitələrin sədrləri seçilib - SİYAHI Şəmsəddin Hacıyev və Nizami Cəfərov komitə sədrliyindən gediblər
Daxili siyasət
24 Noyabr , 2015 15:19
Milli Məclisdə yeni komitələr yaradılıb və komitələrin sədrləri seçilib - SİYAHI

Bakı. 24 noyabr. REPORT.AZ/ Milli Məclisdə yeni komitələr yaradılıb və komitələrin sədrləri seçilib.

"Report" xəbər verir ki, deputat Əli Hüseynli Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin, Ziyafət Əsgərov Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin, Ziyad Səmədzadə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin, Valeh Ələsgərov Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin, Eldar İbrahimov Aqrar siyasət komitəsinin, Hadi Rəcəbli Əmək və sosial siyasət komitəsinin, Arif Rəhimzadə Regional məsələlər komitəsinin, İsa Həbibbəyli Elm və təhsil komitəsinin, Rafael Hüseynov Mədəniyyət komitəsinin, Bahar Muradova İnsan hüquqları komitəsinin, Səməd Seyidov Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin, Əhliman Əmiraslanov yeni yaradılan Səhiyyə komitəsinin, Aqiyə Naxçıvanlı yeni yaradılan Ailə, qadın və uşaq məsələləri komitəsinin, Siyavuş Novruzov yeni yaradılan İctimai birliklər və dini qurumlar komitəsinin, Fuad Muradov yeni yaradılan Gənclər və idman komitəsinin sədrləri təsdiq ediliblər.

Bununla da beşinci çağırış Milli Məclisin birinci iş günü başa çatıb.

Qeyd edək ki, dördüncü çağırış Milli Məclisin Elm və təhsil komitəsinin sədri hakim Yeni Azərbaycan Partiyasını təmsil edən deputat Şəmsəddin Hacıyev, Mədəniyyət komitəsinin sədri isə YAP-ı təmsil edən deputat, Azərbaycan Atatürk Mərkəzinin rəhbəri Nizami Cəfərov idi. 

Son xəbərlər

Orphus sistemi