Milli Məclisdə jurnalistlərlə görüş keçirilib

Milli Məclisdə jurnalistlərlə görüş keçirilib Bir qrup jurnalist qiymətli hədiyyələrlə mükafatlandırılıb
Daxili siyasət
22 İyul , 2015 16:31
Milli Məclisdə jurnalistlərlə görüş keçirilib

Bakı. 22 iyul. REPORT.AZ/ Bu gün Milli Məclisdə Azərbaycan milli mətbuatının yaranmasının 140 illiyi münasibətilə media nümayəndələri və jurnalistlərlə görüş keçirilib. 

"Report" xəbər verir ki, Milli Məclisin Mədəniyyət komitəsinin sədri, deputat Nizami Cəfərov jurnalistləri təbrik edərək bildirib ki, Azərbaycanda söz, fikir və mətbuat azadlığının təmin edilməsində jurnalistlərin yaxın dostu ümummilli lider Heydər Əliyevin tarixi xidmətləri olub: "Azərbaycanda kütləvi informasiya vasitələrinin normal fəaliyyət göstərməsi üçün zəruri qanunvericilik bazası yaradılıb. Mətbuata dövlət tərəfindən böyük qayğı göstərilir, jurnalistlərin əməyi qiymətləndirilir. 1998-ci ildə mətbuat üzərində senzuranın ləğv edilməsi kütləvi informasiya vasitələrinin qarşısında geniş perspektivlər açıb. Prezident İlham Əliyev də mətbuatın inkişafını daim diqqət mərkəzində saxlayır, ölkəmizdə bununla bağlı mühüm addımlar atılır".

N.Cəfərov Milli Məclislə mətbuat arasındakı sıx münasibətlərdən də danışıb. Bildirilib ki, bu yaxınlarda Milli Məclis ilə Mətbuat Şurası arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb: "Bu sənəd parlamentin fəaliyyətinin daha dərindən öyrənilməsi, media orqanları tərəfindən işıqlandırılması baxımından mühüm əhəmiyyət kəsb edir".

Bayram münasibətilə jurnalistləri təbrik edən Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu Azərbaycan mətbuatının keçdiyi tarixi inkişaf yolundan danışıb.

Sonda jurnalistlərə mükafatlar təqdim olunub. Mükafatlandırılanlar arasında "Report" İnformasiya Agentliyinin əməkdaşları da olub.

Son xəbərlər

Orphus sistemi