Milli Məclisdə Fəzail Ağamalı ilə Aqil Abbas arasında mübahisə düşüb

Milli Məclisdə Fəzail Ağamalı ilə Aqil Abbas arasında mübahisə düşüb Aqil Abbas: “Maaşım çoxdur deyən deputatların maaşını azaldın...”
Daxili siyasət
437
29 Noyabr , 2016 17:27
Milli Məclisdə Fəzail Ağamalı ilə Aqil Abbas arasında mübahisə düşüb

Aqil Abbas: “Maaşım çoxdur deyən deputatların maaşını azaldın...”

Fəzail Ağamalı: “Aqil Abbas hələ o səviyyəyə çatmayıb ki, bizə burda dərs keçsin”

Bakı. 29 noyabr. REPORT.AZ/ Milli Məclisin bu gün keçirilən plenar iclasında deputatlar Fəzail AğamalıAqil Abbas arasında mübahisə yaranıb.

“Report”un xəbərinə görə, A.Abbas çıxışı zamanı deyib ki, Azərbaycan parlamentində ən çox tənqid olunan deputatdır: “Ən çox mən, Fazil MustafaHadı Rəcəbli tənqid olunur. İki-üç deputatıq, ortada qalmışıq, digərləri yaxalarını kənara çəkib. Deputat maaşlarının artırılması ilə bağlı verdiyim açıqlamaya görə məni təhqir edirlər. Tahir Kərimli deyir ki, deputat maaşı alanda utanıram. Ay başına dönüm, niyə utanırsan ki, əziyyət çəkib işləyirsən, maaş alırsan. Maaşım çoxdur deyən deputatların maaşını azaldın. Bu gün sosial şəbəkələrdə ciddi şəkildə təhqir və böhtan var”.

Deputat Fəzail Ağamalı isə ona cavab olaraq deyib ki, Aqil Abbas hər dəfə söz alıb deputatlara ağıl öyrədir: “Aqil Abbas hələ o səviyyəyə çatmayıb ki, bizə burda dərs keçsin. Hər dəfə söz alıb bizə burda dərs keçir, ağıl öyrədir. Ona xəbərdarlıq olunmalıdır. Aqil Abbas hərəkət və davranışlarına fikir versin”.

Son xəbərlər

Orphus sistemi