Milli Məclisdə bələdiyyələrlə əlaqədar İşçi Qrup yaradılıb

Milli Məclisdə bələdiyyələrlə əlaqədar İşçi Qrup yaradılıb İşçi Qrupa deputat Rüstəm Xəlilov rəhbərlik edəcək
Daxili siyasət
9 Fevral , 2016 14:10
Milli Məclisdə bələdiyyələrlə əlaqədar İşçi Qrup yaradılıb

Bakı. 9 fevral. REPORT.AZ/ Milli Məclisdə bələdiyyələrin qarşılaşdıqları problemlərin qanunvericilik səviyyəsində aradan qaldırılması ilə əlaqədar İşçi Qrup yaradılıb. "Report" xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə parlamentdə "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı illik (2015-ci il üzrə)" məruzənin müzakirəsi zamanı deyib. 

Onun sözlərinə görə, İşçi Qrupa Regional məsələlər komitəsinin üzvləri, Milli Məclisin Aparatının şöbə müdiri Lətif Hüseynov, bir neçə bələdiyyə sədri daxil edilib. İşçi Qrupa deputat Rüstəm Xəlilov rəhbərlik edəcək.

Komitə sədri qeyd edib ki, İşçi Qrup bələdiyyələrin qarşılaşdıqları problemlərin qanunvericilik səviyyəsində həllini araşdıracaq, bununla bağlı mövcud qanunvericiliyə əlavə və dəyişikliklərlə əlaqədar təkliflərlə çıxış edəcəklər.

Son xəbərlər

Orphus sistemi