Milli Məclis Ombudsmanın illik məruzəsini qəbul edib

Milli Məclis Ombudsmanın illik məruzəsini qəbul edib Müvəkkilin fəaliyyəti dövründə onun ünvanına ümumilikdə 130 010, 2015-ci ildə isə 15 320 müraciət daxil olub
Daxili siyasət
5 Aprel , 2016 15:50
Milli Məclis Ombudsmanın illik məruzəsini qəbul edib

Bakı. 5 aprel. REPORT.AZ/ Azərbaycanın insan hüquqları üzrə müvəkkilli (Ombudsman) Elmira Süleymanova Milli Məclisin bugünkü iclasında qurumun 2015-ci il üzrə illik məruzəsini təqdim edib. "Report"un məlumatına görə, o qeyd edib ki, müvəkkilin fəaliyyəti dövründə onun ünvanına ümumilikdə 130 010, 2015-ci ildə isə 15 320 müraciət daxil olub, bu da 2014-cü illə müqayisədə 16,5 faiz çoxdur.

Onun sözlərinə görə, müraciətlərin 72,6 faizi şikayətlərdən, 27,4 faizi isə ərizələrdən ibarət olub. Müraciətlər sırasında mənzil problemləri, sosial təminat hüququ, əmək hüququ, məhkəmə qərarlarının icrası və müraciət etmək hüququ ilə bağlı məsələlər çoxluq təşkil edib.

Aparatda və regional mərkəzlərdə ümumilikdə 2 966 şəxs qəbul edilib.

Müvəkkil Konstitusiya qanununun tələblərinə müvafiq olaraq, şikayətlərin onun səlahiyyətlərinə aid olmaması, ərizəçinin hüquqlarının pozulduğu gündən bir ildən çox müddət keçməsi, anonim olması, şikayətlə bağlı məhkəmə icraatı getməsi, təkrar təqdim edilən şikayətdə yeni məlumatlar, faktlar və sübutlar olmaması səbəbindən onların 46,3 faizinin baxılmasından imtina edib.

Şikayətlərin 53,7 faizi baxılmaq üçün icraata qəbul edilib, bunların da 64,5 faizi təmin olunub.

Müzakirələrdən sonra illik məruzə səsverməyə qoyularaq qəbul edilib.

Son xəbərlər

Orphus sistemi