Milli Məclis Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə müraciət qəbul edib

Milli Məclis Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə müraciət qəbul edib Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə parlament payız sessiyası bağlı elan olunub
Daxili siyasət
30 Dekabr , 2014 14:14
Milli Məclis Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə müraciət qəbul edib

Bakı. 30 dekabr. REPORT.AZ/ Azərbaycan Milli Məclisinin payız sessiyasının sonuncu plenar iclasında Dünya azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə müraciət qəbul edilib. "Report" xəbər verir ki, müraciəti parlament sədrinin müavini Bahar Muradova oxuyub.

Müraciətdə qeyd olunur ki, "Azərbaycanın yeni tarixinə xalqımızın milli-mənəvi bütövlük arzusunda təcəssümü kimi daxil olmuş 31 Dekabr - Dünya azərbaycanlılarının həmrəylik günü bəzən tarixin gedişi, bəzən də taleyin hökmü ilə dünyanın 4 bir yanına səpələnmiş soydaşlarımızın deyil, əqidə və əməl birliyinin yaradılmasının ümummilli vəzifə kimi irəli sürür. Sürətlə dəyişən dünyada xalqımızın bütün gücünü bir yerə toplamaq əzmindən güc alan həmrəylik günü bir-birindən ayrı düşən soydaşlarımızın milli mənlik şüuru ətrafında sıx birləşməsi prosesinin başlanğıcını qoyub".

Milli Məclis dünya azərbaycanlılarını birliyə, milli-mənəvi dəyərlərimizin qorunmasına, ümummilli problemlərimizin həllində birləşməyə çağırıb.

Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə parlament payız sessiyasını bağlı elan edib. 

Son xəbərlər

Orphus sistemi