Milli Məclis deputatlarının tətili başa çatıb

Milli Məclis deputatlarının tətili başa çatıb Parlamentin Səhiyyə Komitəsi və Mədəniyyət Komitəsinin iclası keçiriləcək
Daxili siyasət
17 Yanvar , 2017 10:28
Milli Məclis deputatlarının tətili başa çatıb

Bakı. 17 yanvar. REPORT.AZ/ Azərbaycan Milli Məclisinin yaz sessiyasının komitə iclasları başlayır.

"Report"un xəbərinə görə, yanvarın 18-də parlamentin Səhiyyə komitəsi və Mədəniyyət komitəsinin ayrı-ayrılıqda iclasları keçiriləcək.

Qeyd edək ki, keçən il dekabrın 30-da MM-in deputatları qış tətilinə çıxıb. Tətil yanvarın 15-də başa çatıb.

Yaz sessiyasının ilk plenar iclası fevralın 1-də olacaq. Sessiya mayın 31-dək davam edəcək.

Son xəbərlər

Orphus sistemi