Milli Məclis Cinayət Məcəlləsinə dəyişiklik edib

Milli Məclis Cinayət Məcəlləsinə dəyişiklik edib Məcəlləyə edilən mövcud dəyişiklik səsverməyə qoyularaq qəbul edilib
Daxili siyasət
6 Mart , 2015 13:52
Milli Məclis Cinayət Məcəlləsinə dəyişiklik edib

Bakı. 6 mart. REPORT.AZ/ Azərbaycanda dövlət sirrini yayanlara qarşı cəzalar sərtləşdirilir. "Report" xəbər verir ki, bununla bağlı Azərbaycan Milli Məclisinin bugünkü plenar iclasında Cinayət Məcəlləsinə dəyişiklik edilib.

Məcəlləyə təklif olunan dəyişikliyə görə, şəxs tərəfindən ona etibar edilmiş və ya xidməti vəzifəsinə, eləcə də işinə görə ona məlum olan dövlət sirrini təşkil edən məlumatların yayılması, dövlətə xəyanət əlamətləri olmadıqda 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 3 ildən 6 ilədək (bundan əvvəl 2 ildən 5 ilədək), eyni əməllər ağır nəticələrə səbəb olduqda isə 5 ilədək müddətə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 4 ildən 8 ilədək (bundan əvvəl 3 ildən 7 ilədək) müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Xatırladaq ki, hazırkı qanunvericiliyə əsasən yalnız vəzifəli şəxslər üçün dövlət sirrini yayma cinayət məsuliyyəti yaradır.

Məcəlləyə edilən mövcud dəyişiklik səsverməyə qoyularaq qəbul edilib.

Son xəbərlər

Orphus sistemi