Bakı. 29 may. REPORT.AZ/ "Binəqədidə yanan binada bərpası işləri gedir. Əminəm ki, Prezident İlham Əliyevin verdiyi tapşırıqların yerinə yetirilməsi nəticəsində bu sahədə mövcud olan nöqsanlar qısa müddətdə aradan qaldırılacaq və belə hadisələr bir daha baş verməyəcək". “Report” xəbər verir ki, bunu
O.Əsədov bildirib ki, dövlət başçısının tapşırığı ilə yanğın baş verən binada bütün işlər qaydasında davam edir.
O bildirib ki, təqsirli şəxslərin müəyyənləşdirilməsi istiqamətində işlər gedir: “Ailələrə, yaralılara yardımlar edilərək onlara müavinətlər verilir”.
Spiker təklif edib ki, yanğın zamanı həlak olan insanların xatirəsi 1 dəqiqəlik sükutla yad edilsin. Deputatlar ayağa qalxaraq ölənlərin xatirəsini 1 dəqiqəlik sükutla yad ediblər.