Milli Məclis Azərbaycanda prokurorluq işçisinin intizam məsuliyyətinə cəlb olunması qaydasında dəyişikliyi qəbul edib

Milli Məclis Azərbaycanda prokurorluq işçisinin intizam məsuliyyətinə cəlb olunması qaydasında dəyişikliyi qəbul edib İntizam məsuliyyətinin növləri artırılır
Daxili siyasət
14 İyun , 2016 15:56
Milli Məclis Azərbaycanda prokurorluq işçisinin intizam məsuliyyətinə cəlb olunması qaydasında dəyişikliyi qəbul edib

Bakı. 14 iyun. REPORT.AZ/ Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycanda prokurorluq işçisinin intizam məsuliyyətinə cəlb olunması qaydasında dəyişiklik edilməsi məsələsinə baxılıb.

“Report”un xəbərinə görə, bununla bağlı “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” qanuna dəyişiklik edilməsi təklif olunub.

Dəyişiklik layihəsinə əsasən, intizam xətası törədildiyi gündən üç il keçdikdə prokurorluq işçisinə intizam tənbehi verilə bilməz. Hazırda bu müddət bir ildir.

Təklif olunan daha bir dəyişikliyə görə intizam məsuliyyətinin növləri də artırılır. Belə ki, xidməti intizamı pozduğuna, vəzifələrini layiqincə yerinə yetirmədiyinə, həmçinin “Azərbaycan Respublikası Prokurorluğu İşçilərinin Etik Davranış Kodeksi”nin tələblərinə əməl etmədiyinə görə prokurorluq işçilərinə intizam tənbehləri tətbiq ediləcək.

Qanuna dəyişikliklər prokurorluq işçilərinin nizam-intizam tədbirlərinin gücləndirmək məqsədilə beynəlxalq təcrübəyə əsaslanaraq təklif olunub.

Qeyd edək ki, dəyişiklik layihəsi səsvermədən sonra qəbul edilib.

Son xəbərlər

Orphus sistemi