Yuxarı
    Bağlamaq

    Milli Məclisdə Avropa Parlamentinə cavab qətnaməsi hazırlanır

    Qətnamə layihəsinin hazırlanması üçün komissiya formalaşdırılıb

    Bakı. 14 sentyabr. REPORT.AZ/ "Avropa Parlamentinin qətnaməsinə cavab olaraq Azərbaycan Milli Məclisində qətnamə hazırlanmalıdır". "Report" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar plenar iclasında spiker Oqtay Əsədov deyib. 

    Spiker qətnamənin hazırlanmasının vacib məsələ olduğunu bildirib: "Avropa parlamentinə qarşı hazırlanan qətnamə dəqiqliklə işlənməlidir. Bu, çox vacib bir məsələdir. Əgər biz bu gün Avropa Parlementinin qətnaməsinə cavab verməsək, onlar bu qərəzli mövqelərini mütəmadi davam etdirəcəklər. Düşünürəm ki, qətnamənin qəbul olunması vacibdir".

    Qətnamə layihəsinin hazırlanması üçün Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, deputatlar Qənirə Paşayeva, Çingiz Qənizadə, Qüdrət Həsənquliyev və Sahibə Qafarovadan ibarət komissiya formalaşdırılıb.

    Parlamentin sədri Oqtay Əsədov deputatlara qətnamə üzərində dəqiq işləməyi tapşırıb. Qətnamə layihəsi Milli Məclisin iclasının ikinci hissəsində müzakirə ediləcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi