Milli Arxiv İdarəsinin kollegiya üzvlərinin sayı və yeni tərkibi təsdiq edilib

Milli Arxiv İdarəsinin kollegiya üzvlərinin sayı və yeni tərkibi təsdiq edilib Bakı. 12 sentyabr. REPORT.AZ/ Nazirlər Kabineti “Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin kollegiyasının tərkibi haqqında” qərara dəyişiklik edib.
Daxili siyasət
12 sentyabr 2018 03:51
Milli Arxiv İdarəsinin kollegiya üzvlərinin sayı və yeni tərkibi təsdiq edilib

Bakı. 12 sentyabr. REPORT.AZ/ Nazirlər Kabineti “Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin kollegiyasının tərkibi haqqında” qərara dəyişiklik edib.

“Report” xəbər verir ki, Baş nazir Novruz Məmmədovun imzaladığı sənədə əsasən, Milli Arxiv İdarəsinin kollegiya üzvlərinin sayı 7 nəfərdən ibarət müəyyən edilib və aşağıdakı tərkibdə təsdiq olunub:

Kollegiyanın sədri

Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin rəisi

Kollegiyanın üzvləri:

Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin rəisinin müavini

Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsinin rəisi

Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin təşkilat-metodika və beynəlxalq əlaqələr şöbəsinin müdiri

Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin komplektləşdirmə, idarə arxivləri və kargüzarlıq şöbəsinin müdiri

Azərbaycan Respublikası Dövlət Arxivinin direktoru

Azərbaycan Respublikası Dövlət Kino-Foto Sənədləri Arxivinin direktoru

Son xəbərlər

Orphus sistemi