Milli Arxiv Fonduna Azərbaycan Prezidentinin fotosənədləri daxil olub

Milli Arxiv Fonduna Azərbaycan Prezidentinin fotosənədləri daxil olub Hazırda arxivdə qəbul olunan fotosənədlərin Milli Arxiv Fonduna qəbulu rəsmiləşdirilir
Daxili siyasət
6 Oktyabr , 2015 17:41
Milli Arxiv Fonduna Azərbaycan Prezidentinin fotosənədləri daxil olub

Bakı. 6 oktyabr. REPORT.AZ/ Dövlət Kino - Foto Sənədləri Arxivinə Azərbaycan Prezidentinin mətbuat xidməti tərəfindən daimi saxlanılmaq məqsədilə 26 509 saxlama vahidi fotosənəd daxil olub. Bu barədə "Report"a Milli Arxiv İdarəsindən məlumat verilib.

2007-2009- cu illəri əhatə edən sənədlər dövlət başçısının regionların sosial - iqtisadi inkişafı ilə bağlı dövlət proqramında (2004 - 2008 -ci illər) nəzərdə tutulan işlərin başa çatması münasibətilə keçirilən tədbirlərdə iştirakını, beynəlxalq səviyyədə keçirilən sammitlərdə, konfranslarda, görüşlərdə iştirakını və çıxışlarını, 22 xarici dövlətin dövlət və hökumət başçıları ilə görüşlərini, rəsmi qəbullarını, səhiyyə ocaqlarının, mədəniyyət mərkəzlərinin, zavod və fabriklərin, metro stansiyasının, Olimpiada kompleksinin, hərbi hissənin istifadəyə verilməsində rəmzi lent kəsilməsini, milli bayramlarda əhali ilə görüşlərini, türkdilli ölkələrin dövlət başçılarının IX Zirvə toplantısında iştirakını və çıxışını, Gəncə, Göygöl, Şəmkir, Quba, Qusar, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, Salyan, Füzuli, Ağdam, Beyləqan, Şirvan, Qazax və digər rayon və şəhərlərə səfərlərini əks etdirir.

Hazırda arxivdə qəbul olunan fotosənədlərin Milli Arxiv Fonduna qəbulu rəsmiləşdirilir. Hər bir fotosənədin qısa, müfəssəl məzmunu hazırlanır.

Son xəbərlər

Orphus sistemi