Milli Aerokosmik Agentliyində Aparat işçilərinin maaşları artırılıb

Milli Aerokosmik Agentliyində Aparat işçilərinin maaşları artırılıb Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyinin Aparatının işçilərinin aylıq vəzifə maaşları artırılıb.
Daxili siyasət
13 Avqust , 2019 10:05
Milli Aerokosmik Agentliyində Aparat işçilərinin maaşları artırılıb

Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyinin Aparatının işçilərinin aylıq vəzifə maaşları artırılıb.

"Report"un məlumatına görə, bununla bağlı Nazirlər Kabinetinin “Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları haqqında” qərarında dəyişiklik edilib.

Dəyişikliyə əsasən, Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyinin Aparatının işçilərinin aylıq vəzifə maaşları aşağıdakı kimi olub:

Sıra №-si Vəzifələrin adı Aylıq vəzifə maaşı (manatla)
1. Baş direktor, direktor 960
2. Baş direktorun birinci müavini 865
3. Baş direktorun müavini, direktorun müavini 770
4. Şöbə rəisi, elmi işlər fondunun müdiri, baş mühasib 650
5. Bölmə rəisi 610
6. Baş hüquq məsləhətçisi, baş mütəxəssis, mülki müdafiə üzrə qərargah rəisi 570
7. Qeyri-əsas şöbənin rəisi, aparıcı mütəxəssis 515
8. Mütəxəssis 460
9. Avtomobil sürücüsü 320
10. Kompüter operatoru, inspektor, xəzinədar 295
11. Gözətçi, xadimə 260

Qeyd edək ki, qərar bu ilin sentyabrın 1-dən qüvvəyə minir.

Son xəbərlər

Orphus sistemi