Yuxarı
    Bağlamaq

    Millət vəkili mobil operatoru məhkəməyə verəcək

    Biz dəfələrlə bu məsələni Milli Məclisdə qaldırmışıq

    Bakı. 3 aprel. REPORT.AZ/ Millət vəkili Elmira Axundova "Bakcell"i məhkəməyə verəcək. “Report” xəbər verir ki, o, bu barədə Milli Məclsin bu gün keçirilən iclasında çıxışı zamanı bildirib. 

    Millət vəkili qeyd edib ki, gün ərzində mobil telefonuna aldadıcı və reklam xarakterli smslər gəlir: “Bunların çoxu aldadıcı xarakterlidir və insanların cibini soymaq məqsədi güdür. Biz dəfələrlə bu məsələni Milli Məclisdə qaldırmışıq. Mobil operatorlara bu barədə məlumat vermişik. Amma onlar tərəfindən heç bir tədbir görülmür. Təkcə mən yox, bütün abunəçilər bundan narazılıq edirlər”.

    E. Axundova ilk öncə "Bakcell"dən xahiş, sonra isə tələb etdiyini vurğulayaraq əlavə edib ki, bu cür mesajların yayılmasına son verilməlidir: “Həmin abunəçilərin müdafiəçisi kimi, "Bakcell"i məhkəməyə verəcəm”, o qeyd edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi