Mili Məclisin bugünkü plenar iclası təxirə salınıb

Mili Məclisin bugünkü plenar iclası təxirə salınıb Buna səbəb deputatlarının bir hissəsinin ayrı-ayrı ölkələrdə ulu öndər Heydər Əliyevlə bağlı keçirilən təbdirlərdə iştirak etmələridir
Daxili siyasət
8 May , 2015 09:49
Mili Məclisin bugünkü plenar iclası təxirə salınıb

Bakı. 8 may. REPORT.AZ/ Azərbaycan Milli Məclisinin (MM) bu gün keçirilməsi nəzərdə tutulan plenar iclası təxirə salınıb. MM-in mətbuat xidmətindən "Report"a verilən məlumata görə, mayın 8-nə təyin olunan iclasın vaxtının dəyişdirilməsinə səbəb deputatların bir hissəsinin ayrı-ayrı ölkələrdə ulu öndər Heydər Əliyevlə bağlı keçirilən təbdirlərdə iştirak etmələridir.

Beləliklə, MM-in növbəti plenar iclası mayın 15-də keçiriləcək.

Qeyd edək ki, Milli Məclisin mayın 8-nə nəzərdə tutulan iclasının gündəliyinə 5 məsələ - "Reklam haqqında", "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında", "Qiymətli kağızlar bazarı haqqında" qanunlara və Mülki Məcəlləyə dəyişiklik edilməsi, "Vətəndaşların müraciəti haqqında" qanun layihəsinin ikinci oxunuşda müzakirəsi daxil idi.

Son xəbərlər

Orphus sistemi