Bakıda Mikayıl Müşfiqin abidəsi aşırdılıb, RİH "yararsız idi" deyir - VİDEO

Bakıda Mikayıl Müşfiqin abidəsi aşırdılıb, RİH "yararsız idi" deyir - VİDEO Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində şair Mikayıl Müşfiqin abidəsi aşırdılıb.
Daxili siyasət
2 Oktyabr , 2019 14:51
Bakıda Mikayıl Müşfiqin abidəsi aşırdılıb, RİH yararsız idi deyir - VİDEO

Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində şair Mikayıl Müşfiqin abidəsi aşırdılıb.

Qaradağ Rayon İcra Hakimiyyətinin (RİH) İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Munis Bayramov “Report”a açıqlamasında deyib ki, Mikayıl Müşfiqin abidəsi yenisi ilə əvəzlənib.

O bildirib ki, əvvəlki abidə yararsız halda olub: “Yararsız abidə hörmətli şairimizin adına layiq deyildi. Ona görə də həmin abidə götürülüb, mərmərdən abidə qoyulub, ətrafı da abadlaşdırılıb”.

Şöbə müdiri abidənin ekskavatorla aşırdılmasına da münasibət bildirib: “Abidənin içi boş olduğundan başqa cür götürmək mümkün deyildi, dağılacaqdı. Həmin abidəni başqa yerə aparmaq da mümkün deyildi”.

Son xəbərlər

Orphus sistemi