​Məzahir Pənahov Türk Şurasının müşahidə missiyası və malayziyalı həmkarı ilə görüşüb

​Məzahir Pənahov Türk Şurasının müşahidə missiyası və malayziyalı həmkarı ilə görüşüb Qonaqlar noyabrın 1-də keçiriləcək seçkilərə hazırlıq istiqamətində görülmüş işlərlə maraqlanıblar
Daxili siyasət
29 Oktyabr , 2015 22:33
​Məzahir Pənahov Türk Şurasının müşahidə missiyası və malayziyalı həmkarı ilə görüşüb

Bakı. 29 oktyabr. REPORT.AZ/ Bu il noyabrın 1-də Milli Məclisə keçiriləcək seçkiləri müşahidə etmək üçün Azərbaycanda səfərdə olan Türk Şurasının müşahidə missiyasının üzvləri oktyabrın 29-da Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovla görüşüb.

MSK-dan "Report"a verilən məlumata görə, Məzahir Pənahov türkdilli ölkələrin təmsilçilərindən ibarət müşahidə missiyası ilə MSK-da görüşdən məmnunluğunu ifadə edərək, rəhbərlik etdiyi qurumun beynəlxalq təşkilatlarla əməkdaşlığına hər zaman xüsusi əhəmiyyət verdiyini və Azərbaycanda keçirilən seçkilərin daim yerli və beynəlxalq ictimaiyyət tərəfindən maraqla izlənildiyini vurğulayıb.

MSK-dakı səmimi qəbul üçün təşəkkürlərini bildirən nümayəndə heyətinin üzvləri bir neçə gündən sonra Milli Məclisə keçiriləcək seçkilərlə bağlı son hazırlıq işlərilə maraqlanıblar. MSK sədri Məzahir Pənahov qonaqların suallarını ətraflı cavablandırıb və bildirib ki, builki seçkilərin də azad, ədalətli və şəffaf keçirilməsi üçün bütün imkanlar yaradılıb.

Görüş çərçivəsində həmçinin, qarşılıqlı maraq doğuran məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

MSK sədri, həmçinin ölkəmizdə səfərdə olan Malayziya Mərkəzi Seçki Komissiyasının nümayəndə heyəti ilə görüşüb.

Qonaqları salamlayan MSK sədri Məzahir Pənahov görüşdən və rəhbərlik etdiyi qurumun müxtəlif beynəlxalq təşkilatlarla əlaqələri çərçivəsində Malayziya Mərkəzi Seçki Komissiyası ilə əməkdaşlığından məmnunluğunu ifadə edib və bu cür münasibətlərin təcrübə mübadiləsində əhəmiyyətli rol oynadığını diqqətə çatdırıb.

Malayziyalı müşahidəçilər səmimi qəbul üçün minnətdarlıqlarını bildirib və Azərbaycan Respublikasının seçki sistemi, seçki qanunvericiliyi və noyabrın 1-də keçiriləcək seçkilərə hazırlıq istiqamətində görülmüş işlərlə maraqlanıblar. Sədr Məzahir Pənahov qonaqların suallarını cavablandıraraq Milli Məclisə seçkilərin azad, ədalətli və şəffaf keçirilməsi üçün reallaşdırılmış genişmiqyaslı layihələr barədə qonaqları ətraflı məlumatlandırıb.

Görüş çərçivəsində iki ölkənin ali seçki qurumları arasında gələcək əməkdaşlığın perspektivləri müzakirə edilib, həmçinin qarşılıqlı maraq doğuran məsələlərlə ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi