Məzahir Pənahov: "Seçki qutusuna düz istiqamətdə baxmaq lazımdır"

Məzahir Pənahov: "Seçki qutusuna düz istiqamətdə baxmaq lazımdır" Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov həmçinin bəzi seçki məntəqələrində qutuların şəffaf olmaması ilə bağlı yayılan görüntülərə münasibət bildirib.
Daxili siyasət
9 Fevral , 2020 16:10
Məzahir Pənahov: Seçki qutusuna düz istiqamətdə baxmaq lazımdır
Report

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov həmçinin bəzi seçki məntəqələrində qutuların şəffaf olmaması ilə bağlı yayılan görüntülərə münasibət bildirib.

"Report"un xəbərinə görə, MSK sədri bildirib ki, seçki qutusuna düz istiqamətdə baxmaq lazımdır: "Bu, insanlarda niyə maraq doğurur ki? Qutuya düz istiqamətdən baxmaq lazımdır, görəcəksiniz ki, hamısı eyni cür görünür. Siz birinə qaranlıq tərəfdən, birinə işıqlı tərəfdən baxırsınız, ona görə də fərqli görünür".

M.Pənahov bildirib ki, bu saata kimi MSK-ya rəsmi şikayət daxil olmayıb:

"Seçki Məcəlləsinə görə, bu gün daxil olan şikayətlər dərhal baxılır. Amma o demək deyil ki, şikayət olmayacaq. Əlbəttə, olacaq. Burada qəbahətli məsələ yoxdur".

Son xəbərlər

Orphus sistemi