Yuxarı
    Bağlamaq

    Məzahir Pənahov: "Ölkədə bələdiyyə seçkilərinə maraq kifayət qədər yüksəkdir"

    Müraciət edən namizədlərin 99%-nin namizədliyi qeydə alınıb

    Bakı. 8 dekabr.REPORT.AZ/ Bu gün Bakıda Azərbaycan Prezident Administrasiyası və Mərkəzi Seçki Komissiyasının (MSK) təşkilatçılığı ilə “Seçki prosesində yerli icra hakimiyyətləri və Dairə Seçki Komissiyalarının səlahiyyət və vəzifələri” mövzusunda sessiya keçirilib.

    “Report”un məlumatına görə, tədbirdə MSK sədri Məzahir Pənahov, Avropa Şurasının Azərbaycandakı ofisinin rəhbəri Draqana Filipoviç iştirak edib.

    Tədbirdə çıxış edən MSK sədri Məzahir Pənahov deyib ki, seçkilərin keçirilməsi xalqın konstitusion hüququdur və bunun da qarantı Azərbaycan prezidentidir. Seçkilərin beynəlxalq qurumların diqqət mərkəzində olduğunu deyən M.Pənahov bildirib ki, Azərbaycan seçkilərlə bağlı beynəlxalq əməkdaşlıq edir: “Azərbaycandakı siyasi şərait də bu əməkdaşlığa şərait yaradır. Bu da ölkədə seçkilərin keçirilməsinin şəffaflığından xəbər verir”.

    M.Pənahov qeyd edib ki, ölkədə bələdiyyə seçkilərinə maraq kifayət qədər yüksəkdir: “Biz namizədlərin qeydiyyatını da ciddi işləmişik. DSK-lar tərəfindən qeydiyyata alınmayan namizədlər MSK-ya müraciət edəndə MSK araşdırıb və müvafiq nəticə çıxarıb. Müraciət edən namizədlərin 99% faizinin namizədliyi qeydə alınıb. Bu cür yanaşma səsvermə zamanı da olacaq. Yəni, heç bir namizədə maneçilik törədilmir, əksinə, dəstək verilir, çünki bu, onların konstitusion hüququdur”.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi