Məzahir Pənahov: “MSK sabah keçiriləcək Prezident seçkilərinə tam hazırdır”

Məzahir Pənahov: “MSK sabah keçiriləcək Prezident seçkilərinə tam hazırdır” “Müşahidə üçün müraciət edən hər kəsə müsbət cavab verilib”
Daxili siyasət
10 Aprel , 2018 16:21
Məzahir Pənahov: “MSK sabah keçiriləcək Prezident seçkilərinə tam hazırdır”
MSK sədri Məzahir Pənahov / Report

Bakı. 10 aprel. REPORT.AZ/ “Mərkəzi Seçki Komissiyası sabah keçiriləcək Prezident seçkilərinə tam hazırdır”.

“Report”un xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov keçirdiyi mətbuat konfransında deyib.

MSK sədri qeyd edib ki, Prezident seçkilərini izləmək üçün müraciət edən şəxslərə nə dairə seçki komissiyalarında, nə də Mərkəzi Seçki Komissiyasında “yox” cavabı verilib: “Müşahidə üçün müraciət edən hər kəsə müsbət cavab verilib”. 

M.Pənahov xatırladıb ki, 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.

Son xəbərlər

Orphus sistemi