Məzahir Pənahov: “Məntəqədə vətəndaşın telefonunu əlindən almağa heç kimin ixtiyarı yoxdur”

Məzahir Pənahov: “Məntəqədə vətəndaşın telefonunu əlindən almağa heç kimin ixtiyarı yoxdur” “Müasir dünyada dövlətin idarəçilik sistemindən asılı olmayaraq, istənilən ölkənin vətəndaşının sosial şəbəkələrə girişi bərabərhüquqludur. Bu gün sosial şəbəkələr həyatımızın hissəsinə çevrilib”.
Daxili siyasət
146
22 Yanvar , 2020 12:42
Məzahir Pənahov: “Məntəqədə vətəndaşın telefonunu əlindən almağa heç kimin ixtiyarı yoxdur”
Məzahir Pənahov / Report / Firi Salim

“Müasir dünyada dövlətin idarəçilik sistemindən asılı olmayaraq, istənilən ölkənin vətəndaşının sosial şəbəkələrə girişi bərabərhüquqludur. Bu gün sosial şəbəkələr həyatımızın hissəsinə çevrilib”.

“Report” xəbər verir ki, bunu MSK sədri Məzahir Pənahov bu gün “Mərkəzi Seçki Komissiyasının (MSK) Ali Məhkəmə və apellyasiya məhkəmələri ilə birgə layihəsi çərçivəsində seçki mübahisələrinin məhkəmə qaydasında həllinə həsr olunan regional seminar-müşavirə”də çıxışı zamanı deyib.

Onun sözlərinə görə, məntəqəyə daxil olan vətəndaşın mobil telefonunu əlindən almağa heç kimin ixtiyarı yoxdur: “Bu dediklərimin çoxunu burada oturanlar çox gözəl bilir. Amma açıq şəkildə müzakirə etmək istəmirsiniz. Lakin açıq şəkildə müzakirə edilən problemlər həll edilməyə bir addım qalan problemlərdir”.

“Biz dairə seçki komissiyalarının qərarlarını ləğv edəndə özümüzü güclü hesab etmirik. Bu, bizdə məyusluq yaradır. Çünki bizim keçirdiyimiz tədbirlərin boşa getdiyi təəssüratı yaranır. Buna görə də vaxtında qanunun tələblərinə cavab verən addımlar atmalıyıq”, - MSK sədri qeyd edib.

Son xəbərlər

Orphus sistemi