Məzahir Pənahov: "Bələdiyyə seçkilərinin keçirilməsi üçün bütün lazımi addımlar atılıb"

Məzahir Pənahov: "Bələdiyyə seçkilərinin keçirilməsi üçün bütün lazımi addımlar atılıb" Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov mətbuat konfransı keçirib
Daxili siyasət
23 Dekabr , 2014 08:13
Məzahir Pənahov: Bələdiyyə seçkilərinin keçirilməsi üçün bütün lazımi addımlar atılıb

Bakı. 23 dekabr. REPORT.AZ/ Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov mətbuat konfransı keçirib.

“Report”un xəbərinə görə, M.Pənahov namizədlərin, müşahidəçilərin qeydiyyatı, seçki məntəqələrinin sayı ilə bağlı məlumat verib. O deyib ki, səsvermənin gedişi zamanı proseslə bağlı 5 dəfə ictimaiyyətə məlumatlar veriləcək. M.Pənahov MSK bələdiyyə seçkilərinin keçirilməsi üçün bütün lazımi addımlar atdığını qeyd edib.

Azərbaycanın dövlət himni səsləndirildikdən sonra səsverməyə başlanılıb.

Qeyd edək ki, işğal altında olan ərazilər istisna olmaqla, 118 dairədə keçirilən bələdiyyə seçkilərində 1 607 bələdiyyəyə 15 035 üzv seçilməlidir. Bələdiyyə üzvlüyünə 37 077 namizəd qeydiyyatdan keçib. Namizədlərin 40 faizini siyasi partiyalar təşkil edir. Seçkidə 8 siyasi partiya iştirak edir, 30 siyasi partiyanın üzvü isə fərdi qaydada seçkiyə qatılıblar.

Seçkiləri izləmək üçün isə 55 551 yerli seçki müşahidəçisi qeydə alınıb. MDB Parlamentlərarası Assambleyasının Parlamentarizmin İnkişafı və Vətəndaşların Seçki Hüquqlarına Riayət Olunmasının Monitorinqi Beynəlxalq İnstitutunun da 6 nümayəndəsi müşahidəçi kimi akkreditasiyadan keçib.

Son xəbərlər

Orphus sistemi