Məzahir Pənahov: "Azərbaycanda Prezident seçkilərinə müdaxilə etmək cəhdləri olmadığını söyləmək sadəlövhlük olardı"

Məzahir Pənahov: "Azərbaycanda Prezident seçkilərinə müdaxilə etmək cəhdləri olmadığını söyləmək sadəlövhlük olardı" MSK sədri: "Təəssüf hissi ilə bildiririk ki, cəhdlər, müdaxilə arzusu, bugünkü dünyanın bir reallığına çevrilmişdir"
Daxili siyasət
9 Aprel , 2018 13:36
Məzahir Pənahov: Azərbaycanda Prezident seçkilərinə müdaxilə etmək cəhdləri olmadığını söyləmək sadəlövhlük olardı
MSK sədri Məzahir Pənahov / Report

Bakı. 9 aprel. REPORT.AZ/ "Azərbaycanda Prezident seçkisinə müdaxilə etmək cəhdləri olmadığını söyləmək sadəlövhlük olardı".

"Report"un verdiyi xəbərə görə, bunu "RİA Novosti"yə müsahibəsində Azərbaycan Mərkəzi Seçki Komissiyasının rəhbəri Məzahir Pənahov deyib.

"Təəssüf hissi ilə bildiririk ki, cəhdlər, müdaxilə arzusu, bugünkü dünyanın bir reallığına çevrilib", - M.Pənahov deyib.

Eyni zamanda seçki prosesinə müdaxilə etməyə çalışanlara Komissiya sədri buna cəhd etməməyi məsləhət görüb. O, qeyd edib ki, əvvəlki illərdə belə cəhdlər uğursuz oldu, çünki onların vacib amil hesab edilən sosial bazası yox idi.

MSK sədri bildirib ki, seçki kampaniyası zamanı qurum ciddi pozuntular qeydə almayıb.

Azərbaycanda Prezident seçkiləri aprelin 11-də keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi