​Məzahir Pənahov: “Adların seçici siyahısına salınmaması ilə bağlı deyilənlər doğru deyil”

​Məzahir Pənahov: “Adların seçici siyahısına salınmaması ilə bağlı deyilənlər doğru deyil” “Belə bir şəxs varsa, bizə bildirin, məsələ həll edilsin”
Daxili siyasət
22 Dekabr , 2014 17:26
​Məzahir Pənahov: “Adların seçici siyahısına salınmaması ilə bağlı deyilənlər doğru deyil”

Bakı. 22 dekabr. REPORT.AZ/ “Hər bir ölkənin özündə olan bəzi xüsusiyyətlər seçkiyə də təsir edir. Qərb dəyərləri ciddi dəyərlərdir. Mən özüm də qərbpərəstəm. Qərb dünyası ilə əməkdaşlığın bizə xeyri var. Bizə seçkilərlə bağlı irad tuturlar. Amma onlar dedikləri qədər də obyektiv deyillər. Onların 100 illik seçki təcrübəsi var. Biz də o yolu keçməliyik. Onlar Azərbaycandakı seçkiləri Avropada keçirilən seçkilərlə müqayisə edirlər. Bu, düzgün deyil, bizim keçdiyimiz yolu onlar keçsələr, belə deməzlər”.

“Report”un məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov keçirdiyi mətbuat konfransında deyib.

MSK sədri bəzi seçicilərin seçici siyahısına salınmaması ilə bağlı məsələyə də aydınlıq gətirib: “Seçki siyahısına salınmayan vətəndaş yoxdur, belə bir şəxs varsa, bizə bildirin, məsələ həll edilsin. Kiminsə adının seçki siyahısında olmaması təbii haldır. “Qərb seçki siyahısı” deyilən bir anlayış yoxdur. Deyirlər, bacarığın varsa, get, qeydiyyata düş. Bizdə isə elə deyil, hər bir vətəndaş şəxsiyyət vəsiqəsini təqdim etməklə adını siyahıya saldıra bilər. Adların seçici siyahısına salınmaması ilə bağlı deyilənlər doğru deyil”.

Son xəbərlər

Orphus sistemi