Məzahir Pənahov: "90 saylı Ağdaş seçki dairəsi üzrə 3 nəfərin namizədliyi qeydə alınıb"

Məzahir Pənahov: "90 saylı Ağdaş seçki dairəsi üzrə 3 nəfərin namizədliyi qeydə alınıb" Məzahir Pənahov deputatlığa namizədlərə xəbərdarlıq edib
Daxili siyasət
19 May , 2016 17:12
Məzahir Pənahov: 90 saylı Ağdaş seçki dairəsi üzrə 3 nəfərin namizədliyi qeydə alınıb

Bakı. 19 may. REPORT.AZ/ İndiyədək 90 saylı Ağdaş seçki dairəsi üzrə təkrar seçkilərdə iştirak etmək istəyən 3 nəfərin namizədliyi qeydə alınıb.

“Report”un xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.

Onun sözlərinə görə, ümumilikdə həmin dairə üzrə 14 nəfərin namizədliyinin irəli sürülməsi təsdiq edilib. “Artıq onlardan 9 nəfəri imza vərəqələrini dairə seçki komissiyasına təqdim ediblər”.

MSK sədri deputatlığa namizədlərə xəbərdarlıq da edib. O bildirib ki, namizədlərin təşviqat kampaniyasından əvvəl kampaniya aparmaları arzuedilən deyil.

Son xəbərlər

Orphus sistemi