Məzahir Pənahov: “14 siyasi partiyanın siyahısında olan 149 nəfərin deputatlığa namizədliyi qeydə alınıb”

Məzahir Pənahov: “14 siyasi partiyanın siyahısında olan 149 nəfərin deputatlığa namizədliyi qeydə alınıb” Azərbaycanda 617 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.
Daxili siyasət
8 yanvar 2020 13:17
Məzahir Pənahov: “14 siyasi partiyanın siyahısında olan 149 nəfərin deputatlığa namizədliyi qeydə alınıb”
Report

Azərbaycanda 617 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.

“Report” xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

M.Pənahov qeyd edib ki, namizədliyi qeydə alınan şəxslərin 149 nəfəri 14 siyasi partiyanın siyahısında olan şəxslərdir: “6 nəfərin namizədliyi təşəbbüs qrupları tərəfindən verilib, 462 nəfəri isə öz təşəbbüsü ilə namizədliyini irəli sürən şəxslərdir”.

Qeyd edək ki, Azərbaycanda növbədənkənar parlament seçkiləri bu il fevralın 9-na təyin edilib.

Son xəbərlər

Orphus sistemi