Mərkəzi Seçki Komissiyasının iclası keçirilib

Mərkəzi Seçki Komissiyasının iclası keçirilib Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilib
Daxili siyasət
31 Avqust , 2015 16:28
Mərkəzi Seçki Komissiyasının iclası keçirilib

Bakı. 31 avqust. REPORT.AZ/ Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.
“Report”un məlumatına görə, iclasda MSK-nın 29 avqust tarixli iclasının protokolu təsdiqlənib.
Sonra “Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları” haqqında” Təlimata dəyişiklik edilib. Dəyişikliklə bağlı MSK-nın katibi Arifə Muxtarova məlumat verib.
Sonda bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilib.

Son xəbərlər

Orphus sistemi