Mərc oyunlarından əldə olunan vəsaitin bir hissəsilə bağlı qərarı Gənclər və İdman Nazirliyi verəcək

Mərc oyunlarından əldə olunan vəsaitin bir hissəsilə bağlı qərarı Gənclər və İdman Nazirliyi verəcək Azərbaycanda idman mərc oyunlarının təşkili və keçirilməsi qaydalarında dəyişiklik edilib.
Daxili siyasət
19 Avqust , 2022 14:20
Mərc oyunlarından əldə olunan vəsaitin bir hissəsilə bağlı qərarı Gənclər və İdman Nazirliyi verəcək

Azərbaycanda idman mərc oyunlarının təşkili və keçirilməsi qaydalarında dəyişiklik edilib.

“Report” xəbər verir ki, sənədi Baş nazir Əli Əsədov imzalayıb.

Dəyişikliyə əsasən, idman mərc oyunlarının keçirilməsindən əldə olunan toplam dövriyyədən vergilər tutulduqdan sonra qalan məbləğindən bədən tərbiyəsi və idmanın inkişafına yönəldilən hissəsi Gənclər və İdman Nazirliyinin müəyyən edəcəyi quruma ödəniləcək.

İndiyədək bu vəsait Azərbaycan Respublikasının Milli Olimpiya Komitəsinə ödənilirdi.

Son xəbərlər

Orphus sistemi