Video əlavə olunub
***17:47
Qax. 20 yanvar. REPORT.AZ/ Qax rayonunda 20 Yanvar faciəsi ilə bağlı anım mərasimi keçirilib.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, mərasimdə Qax Rayon İcra Hakimiyyəti nümayəndələri və rayon ictimaiyyəti Qax şəhərində yerləşən Şəhidlər xiyabanını ziyarət ediblər.
İctimaiyyət nümayəndələri axın-axın Şəhidlər xiyabanına gələrək Vətənin azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş igid həmvətənlərinin məzarları üzərinə qırmızı qərənfillər düzüb, şəhidlərin ölməz xatirəsini ehtiramla yad ediblər. Tədbirdə Yanvar faciəsini doğuran səbəblər və onun acı nəticələri barədə danışılıb, 20 Yanvar xalqımızın azadlıq mübarizəsinin şanlı səhifəsi kimi qiymətləndirilib.
Qeyd edək ki, 20 Yanvar hadisələri zamanı Qax rayonundan 1 nəfər xəsarət alaraq əlil olub.


