Mənzil-kommunal, nəqliyyat və rabitə sahələrində çalışan işçilərin əməkhaqları artırılıb

Mənzil-kommunal, nəqliyyat və rabitə sahələrində çalışan işçilərin əməkhaqları artırılıb Azərbaycan Prezidenti bu sahələrin işçilərinin əməkhaqlarının artırılması haqqında sərəncam imzalayıb
Daxili siyasət
3 Mart , 2018 18:12
Mənzil-kommunal, nəqliyyat və rabitə sahələrində çalışan işçilərin əməkhaqları artırılıb

Bakı. 3 mart. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev mənzil-kommunal, nəqliyyat və rabitə sahələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında sərəncam imzalayıb.

"Report" xəbər verir ki, sərəncama əsasən dövlət büdcəsindən maliyyələşdirilən mənzil-kommunal, nəqliyyat və rabitə sahələrində çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq vəzifə (tarif) maaşları 2018-ci il martın 1-dən orta hesabla 10 faiz artırılıb.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Son xəbərlər

Orphus sistemi