Məntəqə sədri: "Rusiyadakı azərbaycanlılar səsvermədə fəal iştirak edirlər"

Məntəqə sədri: "Rusiyadakı azərbaycanlılar səsvermədə fəal iştirak edirlər" Moskva. 11 aprel. REPORT.AZ/ Azərbaycandakı Prezident seçkiləri ilə əlaqədar olaraq, Azərbaycanın Rusiyadakı səfirliyində yaradılmış seçki məntəqəsində səsvermə müəyyən edilmiş qaydalara əsasən keçirilir.
Daxili siyasət
11 Aprel , 2018 15:05
Məntəqə sədri: Rusiyadakı azərbaycanlılar səsvermədə fəal iştirak edirlər

Moskva. 11 aprel. REPORT.AZ/ "Azərbaycandakı Prezident seçkiləri ilə əlaqədar olaraq, Azərbaycanın Rusiyadakı səfirliyində yaradılmış seçki məntəqəsində səsvermə müəyyən edilmiş qaydalara əsasən keçirilir".

Bunu "Report"un Rusiya bürosuna Azərbaycanın diplomatik missiyasındakı seçki məntəqəsinin rəhbəri Ağalar Atamoğlanov deyib.

"Proses azad və şəffafdır. Seçicilərin fəallığı müşahidə olunur. Moskva vaxtı ilə saat 12-də seçki məntəqəsində artıq seçicilərin 35 faizi səs verib", - A.Atamoğlanov qeyd edib.

Azərbaycanın Sankt-Peterburq və Yekaterinburqdakı baş konsulluqlarından alınan məlumata görə, orada yaradılmış seçki məntəqələrində seçicilərin, müvafiq olaraq, 33% və 40%-i səs verib.

Son xəbərlər

Orphus sistemi