​Müsavat Partiyasının Divan üzvü: "Ellada Məmmədli dağıdıcılıqla məşğuldur"

​Müsavat Partiyasının Divan üzvü: "Ellada Məmmədli dağıdıcılıqla məşğuldur" "Müsavat Partiyasının Nizamnaməsinə qarşı çıxan üzvlərlə bağlı tədbir görülməlidir"
Daxili siyasət
12 May , 2015 14:34
​Müsavat Partiyasının Divan üzvü: Ellada Məmmədli dağıdıcılıqla məşğuldur

Bakı. 12 may. REPORT.AZ/ "Ellada Məmmədli sədr kimi fəaliyyət göstərmir. O, Müsavat Qadınlar Birliyinin sədri olandan qadınların birliyi ilə deyil, dağıdıcılıqla məşğul olub".

Bunu "Report"a açıqlamasında Müsavat Partiyasının Divan üzvü Vəfa Cümşüdlü deyib.

V.Cümşüdlü qeyd edib ki, E.Məmmədlinin işi Müsavata qarşı ifadə verməkdir: "Qadınlar Birliyinin fəaliyyəti çox zəifdir. Yəqin ki, müsavatçı qadınlar bununla bağlı fikirlərini açıqlayandan sonra sədrin fəaliyyətinə qiymət veriləcək. Dəfələrlə demişəm ki, Qadınlar Birliyinin fəaliyyəti bizi qane etmir".

Divan üzvü əlavə edib ki, Müsavat Partiyasının Nizamnaməsinə qarşı çıxan üzvlərlə bağlı tədbir görülməlidir: "Partiya fəaliyyətini Nizamnamə çərçivəsində müəyyənləşdirir. Müsavat Partiyasına qarşı fəaliyyət göstərmək, qərəzli fikirlər səsləndirmək nə deməkdir? Bu, partiyaya qarşı çıxmaqdır. Ona görə də həmin şəxslərlə bağlı Nizamnamə çərçivəsində tədbir görülməlidir".

Son xəbərlər

Orphus sistemi