QHT-lərə Dövlət Dəstəyi Şurası məlumatlandırma sessiyası keçirib

QHT-lərə Dövlət Dəstəyi Şurası məlumatlandırma sessiyası keçirib Yeni hesabatlılıq qaydaları və layihələrin qiymətləndirilməsi metodologiyası ilə bağlı fikirlər bildirilib
Daxili siyasət
6 Aprel , 2015 16:42
QHT-lərə Dövlət Dəstəyi Şurası məlumatlandırma sessiyası keçirib

Bakı. 7 aprel. REPORT.AZ/ Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasında cari ilin birinci maliyyə müsabiqəsi çərçivəsində maliyələşdirilən insan hüquqları və demokratiya və şəffalıq məsələləri istiqamətləri üzrə layihələrin rəhbərlərinin iştirakı ilə məlumatlandırma sessiyası keçirilib. Bu barədə "Report"a Şuradan məlumat verilib.

Toplantıda çıxış edən Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov layihələrin icrasında effektiv nəticənin əldə olunması, büdcənin idarə edilməsi, yeni hesabatlılıq qaydaları və layihələrin qiymətləndirilməsi metodologiyası ilə bağlı fikirlərini bildirib.

Şura Katibliyinin əməkdaşları Elnur Bağırlı və Mirzağa Zahidov layihələrin idarə olunması, hesabatlılıq, nəzarət və monitorinq məsələləri ilə bağlı təlimatları QHT rəhbərlərinin diqqətinə çatdırıblar. Sessiyada QHT rəhbərləri layihələrin icrasının müxtəlif istiqamətləri, o cümlədən təlimlərin təşkili, hesabatların hazırlanması ilə bağlı suallarını səsləndirib. Toplantının sonunda QHT təmsilçilərini maraqlandıran suallar cavablandırılıb.

Son xəbərlər

Orphus sistemi