“Meliorasiya və irriqasiya haqqında” qanuna dəyişiklik edilib

“Meliorasiya və irriqasiya haqqında” qanuna dəyişiklik edilib Dəyişiklik layihəsi Milli Məclisin plenar iclasında səsverməyə çıxarılaraq qəbul olunub
Daxili siyasət
30 Sentyabr , 2016 14:01
“Meliorasiya və irriqasiya haqqında” qanuna dəyişiklik edilib

Bakı. 30 sentyabr. REPORT.AZ/ Milli Məclisin bu gün keçirilən plenar iclasında “Meliorasiya və irriqasiya haqqında” qanuna dəyişiklik təklifi müzakirəyə çıxarılıb.

“Report”un məlumatına görə, qanunun 12-ci maddəsinə dördüncü hissə əlavə edilib.

Əlavəyə görə, meliorasiya və irriqasiya üzrə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun balansında olan meliorasiya və su təsərrüfatı obyektlərinin layihələndirilməsi, tikintisi (inşası, cari və əsaslı təmiri, yenidən qurulması, bərpası) idarə olunması, saxlanılması, qorunması işlərinin görülməsi üçün lisenziya və icazə alınması tələb olunduqda, həmin lisenziya və icazə alınmış hesab edilir və yenidən alınması tələb olunmur.

Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq qəbul olunub.

Son xəbərlər

Orphus sistemi