Yuxarı

​Məlahət Mürşüdlü Müsavat Partiyasından istefa verib

Müsavatçılıq ideologiyasına zidd siyasətin aparılmasına, idarəçilikdə Nizamnaməyə əməl edilməməsinə etiraz olaraq partiyadan istefa verirəm

Bakı. 19 may. REPORT.AZ/Müsavat Partiyası Məclisinin üzvü Məlahət Mürşüdlü partiya sıralarından istefa verib.

"Report"un məlumatına görə, M.Mürşüdlü bununla bağlı Müsavat Partiyası Nizami Rayon Təşkilatının sədrinə ərizə ilə müraciət edib. Ərizədə bildirilir: 

"Son dövrlərdə Müsavatçılıq ideologiyasına zidd siyasətin aparılmasına, idarəçilikdə Nizamnaməyə əməl edilməməsinə etiraz əlaməti olaraq partiyadan istefa verirəm. Partiyanın adına layiq yaşaması üçün haqsızlıqlara qarşı dirəniş göstərmədiyim üçün Məhəmməd Əmin Rəsulzadə ruhu məni bağışlasın! Amma harada olmağımdan asılı olmayaraq Müsavat və M.Ə.Rəsulzadə ideallarının daşıyıcısı kimi yaşayacağam və fəaliyyət göstərəcəyəm".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi