Məktəbəqədər təhsil sahəsində çalışanlarda vərəm, siflis aşkarlanarsa, onlar işə buraxılmayacaqlar

Məktəbəqədər təhsil sahəsində çalışanlarda vərəm, siflis aşkarlanarsa, onlar işə buraxılmayacaqlar Tibbi müayinədən imtina edildikdə onların işə buraxılmasına yol verilmir
Daxili siyasət
31 yanvar 2018 06:48
Məktəbəqədər təhsil sahəsində çalışanlarda vərəm, siflis aşkarlanarsa, onlar işə buraxılmayacaqlar

Bakı. 31 yanvar. REPORT.AZ/ Məktəbəqədər təhsil sahəsində çalışanların müayinəsi zamanı vərəm, siflis aşkar edilərsə, onlar işə buraxılmayacaqlar.

“Report”un xəbərinə görə, bu, Azərbaycan Naziurlər Kabinetinin təsdiqlədiyi “Məktəbəqədər təhsil sahəsində təhsilverənlərin tibbi müayinədən keçməsi Qaydası”nda əksini tapıb.

Qaydaya əsasən, tibbi müayinədən imtina edildikdə və dövri tibbi müayinədən keçmiş şəxslərdə aşağıdakı xəstəliklər aşkar edildikdə, onların işə buraxılmasına yol verilmir:

1. tam sağalma təsdiq edilənə qədər vərəm xəstəliyinin bütün klinik formaları;

2. tam sağalma təsdiq edilənə qədər sifilis xəstəliyi;

3. tam sağalma təsdiq edilənə qədər süzənək xəstəliyi;

4. helmintozlara (qurda yoluxma) və patogen ibtidailərə (amöbiaz, balantidiaz, ləmblioz) yoluxmalar;

5. kəskin və xroniki bağırsaq infeksiyalarının bütün klinik formaları;

6. kəskin virus infeksiyaları;

7. kəskin bakterial infeksiyalar;

8. bakterial infeksiyalarla bağlı bakteriyagəzdirənliyin bütün formaları;

9. ruhi xəstəliklər;

10. narkoloji xəstəliklər (narkomaniya, alkoqolizm, toksikomaniya);

11. ağıreşitmə.

Təhsilverənlər ildə bir dəfə dövlət tibb müəssisələrində dövri tibbi müayinədən dövlət hesabına keçirlər.

Son xəbərlər

Orphus sistemi