Mehriban Əliyeva Sumqayıtda yanğının söndürülməsində iştirak edən qurumlara minnətdarlığını bildirib

Mehriban Əliyeva Sumqayıtda yanğının söndürülməsində iştirak edən qurumlara minnətdarlığını bildirib Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Sumqayıtda “Azərsun Sənaye Parkı”ndakı yanğının söndürülməsində iştirak edən dövlət qurumlarının əməkdaşlarına minnətdarlıq edib.
Daxili siyasət
29 Aprel , 2022 15:59
Mehriban Əliyeva Sumqayıtda yanğının söndürülməsində iştirak edən qurumlara minnətdarlığını bildirib

Azərbaycan Respublikasının Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Sumqayıtda baş vermiş yanğının söndürülməsində iştirak etmiş dövlət qurumları əməkdaşlarına dərin minnətdarlığını bildirib.

"Report" xəbər verir ki, paylaşımda deyilir:

“Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində yerləşən “Azərsun Sənaye Parkı”nın ərazisində baş vermiş yanğının söndürülməsi və nəticələrinin aradan qaldırılmasında iştirak etmiş dövlət qurumları əməkdaşlarının peşəkarlığı ilə fəxr edir və onlara dərin minnətdarlığımı bildirirəm”.

Son xəbərlər

Orphus sistemi