Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və qızı Leyla Əliyeva sentyabrın 14-də Şamaxı Cümə məscidini ziyarət ediblər.
Mehriban Əliyeva: Buraya xaricdən turistlər çox gəlir?
Mərhəmət Mustafayev: Çox gəlirlər, gündə təxminən 500 nəfər.
Mehriban Əliyeva: Hansı ölkələrdən?
Mərhəmət Mustafayev: Bütün Avropadan, Səudiyyə Ərəbistanından, Amerikadan gələnlər var. Allah cənab Prezidentdən razı olsun.
Tarixin müxtəlif dövrlərində, təbii fəlakətlərə, repressiyalara və dağıntılara məruz qalmış Şamaxı Cümə məscidi
Mehriban Əliyevaya müqəddəs Qurani-Kərim hədiyyə edən məscidin imamı Mərhəmət Mustafayev dedi:
-Sizi Azərbaycanın, Şamaxının bu qədim məscidində salamlamaqdan çox böyük şərəf duyuram. Allah sizlərdən razı olsun. Burada sizlərin çox böyük zəhməti var. Allah cənab Prezidentdən razı olsun. Allahın kitabını, İnşallah, Sizə hədiyyə edirəm. Allah Sizi hifz eləsin.
Mehriban Əliyeva: Çox sağ olun.
Sonda xatirə şəkli çəkdirildi.
***20:50
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti














