Mehriban Əliyeva: "İstəyim əhalinin aztəminatlı təbəqəsinin problemlərini həll etməkdir" - VİDEO

Mehriban Əliyeva: "İstəyim əhalinin aztəminatlı təbəqəsinin problemlərini həll etməkdir" - VİDEO Azərbaycanın Birinci vitse-prezidenti Rusiyanın "Vesti" kanalına müsahibə verib
Daxili siyasət
486
27 Fevral , 2017 00:22
Mehriban Əliyeva: İstəyim əhalinin aztəminatlı təbəqəsinin problemlərini həll etməkdir - VİDEO

Bakı. 27 fevral. REPORT.AZ/ "İstəyim diqqətimi maksimum dərəcədə sosial problemlərə, əhalinin aztəminatlı təbəqəsinin problemlərinin həllinə yönəltməkdir".

"Report" xəbər verir ki, bunu Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiyanın "Rossiya 1" telekanalında yayımlanan "Vesti nedeli" verilişinin aparıcısı Dmitri Kiselyova müsahibəsində deyib.

Mehriban Əliyeva müsahibəsində Birinci vitse-prezident təyin olunmasına münasibət bildirib:

"Mənim Birinci vitse-prezident vəzifəsinə təyin edilməyimlə bağlı qərar Azərbaycan prezidentinin şəxsi təşəbbüsü idi. Əlbəttə, bunda yəqin ki, mənim uzun illər ərzində prezidentin təkcə həyat yoldaşı deyil, həm də, deyə bilərəm ki, silahdaşı olmağım da rol oynayıb.

Mənim əsas şübhəm üzərimə qoyulan məsuliyyətin öhdəsindən nə dərəcədə gələ biləcəyim ilə bağlı idi. Mən birmənalı olaraq bilirəm, əminəm ki, həyat yoldaşımın mənə tövsiyələri və ya söyləyəcəkləri dövlətin maraqları ilə tamamilə üst-üstə düşəcək".

Son xəbərlər

Orphus sistemi