Məhkəmələrin fəaliyyətinin monitorinqinin aparılmasına dair plan təsdiq edilib

Məhkəmələrin fəaliyyətinin monitorinqinin aparılmasına dair plan təsdiq edilib Ali Məhkəməsi Plenumunun növbəti iclası keçirilib.
Daxili siyasət
15 Dekabr , 2023 11:05
Məhkəmələrin fəaliyyətinin monitorinqinin aparılmasına dair plan təsdiq edilib

Məhkəmələrin fəaliyyətinin monitorinqinin aparılmasına dair plan təsdiq edilib.

"Report" xəbər verir ki, bu barədə Ali Məhkəmənin Plenumunun növbəti iclasında qərar qəbul edilib.

Bildirilib ki, iclasda “Xarici elementli kommersiya mübahisələrində qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenum qərarı və qərarın tətbiqi ilə bağlı məhkəmələrin fəaliyyətinin monitorinqinin aparılmasına dair plan təsdiq edilib.

Eyni zamanda Ali Məhkəmənin Plenumunun 2021-ci il 8 oktyabr tarixli qərarı ilə “Həbs və ev dustaqlığı qətimkan tədbirlərinə dair müraciətlərə baxılması baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Plenumun 2009-cu il 3 noyabr tarixli qərarının tətbiqi ilə bağlı məhkəmələrin fəaliyyətinin monitorinqinin nəticələri müzakirə edilərək, təsdiq edilib.

Plenumda həmçinin konkret işlərə baxılıb.

Son xəbərlər

Orphus sistemi