Məhkəmə sənədləri vəkillərə "Elektron kabinet" vasitəsilə də təqdim ediləcək

Məhkəmə sənədləri vəkillərə "Elektron kabinet" vasitəsilə də təqdim ediləcək 2024-cü ilin 7 yanvar tarixindən etibarən “Elektron məhkəmə" informasiya sistemində “Elektron kabinet”i olan, Ali Məhkəmənin icraatındakı işlərdə müdafiəçi və ya nümayəndə kimi qeydiyyata alınmış Vəkillər Kollegiyasının üzvlərinə məhkəmə sənədlərinin (bil
Daxili siyasət
29 dekabr 2023 13:24
Məhkəmə sənədləri vəkillərə Elektron kabinet vasitəsilə də təqdim ediləcək

2024-cü ilin 7 yanvar tarixindən etibarən “Elektron məhkəmə" informasiya sistemində “Elektron kabinet”i olan, Ali Məhkəmənin icraatındakı işlərdə müdafiəçi və ya nümayəndə kimi qeydiyyata alınmış Vəkillər Kollegiyasının üzvlərinə məhkəmə sənədlərinin (bildiriş, qərar və sair) “Elektron kabinet” vasitəsilə təqdim edilməsinə üstünlük veriləcək.

Bu barədə "Report"a Ali Məhkəmədən məlumat verilib.

Bildirilib ki, bununla yanaşı, “Elektron məhkəmə” informasiya sistemində "Elektron kabinet"i olmayan vəkillərə məhkəmə sənədlərinin kağız daşıyıcıda göndərilməsi də təmin ediləcək.

Son xəbərlər

Orphus sistemi