Məhkəmə-Hüquq Şurasının və Hakimlərin Seçki Komitəsinin üzvlərinə fəxri adlar verilib - YENİLƏNİB

Məhkəmə-Hüquq Şurasının və Hakimlərin Seçki Komitəsinin üzvlərinə fəxri adlar verilib - YENİLƏNİB Azərbaycan Prezidenti bununla bağlı sərəncam imzalayıb
Daxili siyasət
19 May , 2015 20:09
Məhkəmə-Hüquq Şurasının və Hakimlərin Seçki Komitəsinin üzvlərinə fəxri adlar verilib - YENİLƏNİB

Bakı. 19 may. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Məhkəmə-Hüquq Şurasının və Hakimlərin Seçki Komitəsinin üzvlərinə “Əməkdar hüquqşünas” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.

"Report"un məlumatına görə, hakim vəzifəsini nümunəvi yerinə yetirdiklərinə, Məhkəmə-Hüquq Şurasında və Hakimlərin Seçki Komitəsində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslərə “Əməkdar hüquqşünas” fəxri adı verilib:

Məmmədov Rafiq Uğuz oğlu

Nağıyev İman Məmməd oğlu

Dövlət başçısı həmçinin Məhkəmə-Hüquq Şurası və Hakimlərin Seçki Komitəsi üzvlərinin, habelə Azərbaycan Respublikası hakimlərinin təltif edilməsi haqqında da sərəncam imzalayıb. Sərəncama əsasən, Məhkəmə-Hüquq Şurasında və Hakimlərin Seçki Komitəsində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər təltif ediliblər:

3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə

Cəfərov Azər Məmməd oğlu

Hüseynov Cavid Ənvər oğlu

“Tərəqqi” medalı ilə

Allahverdiyev Əli Kərim oğlu

Bağırov Anar Ramiz oğlu

Cəfərov Ələddin Adil oğlu

Hüseynov Azər Soltanhəmid oğlu

Kalbalıyev Aslan Kalbalı oğlu

Son xəbərlər

Orphus sistemi