Bakı. 19 yanvar. REPORT.AZ/ Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, general-polkovnik
DTX-nin İctimai əlaqələr şöbəsindən “Report”a verilən məlumata görə, xidmətin kollektivi Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş qəhrəman vətən övladlarının məzarları üzərinə tər qərənfillər düzüb, şəhidlərin xatirəsinə hörmət və ehtiramlarını bildiriblər.
DTX-nin şəxsi heyəti adından “Əbədi məşəl” abidə kompleksinin önünə əklil qoyulub.
Daha sonra DTX-nin akt zalında davam edən anım tədbiri faciə qurbanlarının, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş oğul və qızlarımızın xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Dövlət himni səsləndirilib
Tədbirin sonunda sənədli film nümayiş olunub.

