Bakı. 11 dekabr. REPORT.AZ/ Bu gün Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin (MTN) rəhbərliyi və əməkdaşları Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər.
“Report”un xəbərinə görə, milli təhlükəsizlik nazirinin birinci müavini, milli təhlükəsizlik naziri vəzifəsini icra edən, general-leytenant Mədət Quliyev və nazirliyin struktur idarə rəhbərləri Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə güllər qoyulub.