Mədət Quliyev: "Əvvəlki illərdə MTN sıralarından uzaqlaşmış bilikli, bacarıqlı, səriştəli şəxsləri yenidən işə dəvət edirik"

Mədət Quliyev: "Əvvəlki illərdə MTN sıralarından uzaqlaşmış bilikli, bacarıqlı, səriştəli şəxsləri yenidən işə dəvət edirik" General: "Bu təbii prosesdir"
Daxili siyasət
11 Dekabr , 2015 11:55
Mədət Quliyev: Əvvəlki illərdə MTN sıralarından uzaqlaşmış bilikli, bacarıqlı, səriştəli şəxsləri yenidən işə dəvət edirik

Bakı. 11 dekabr. REPORT.AZ/ Milli təhlükəsizlik nazirinin birinci müavini, milli təhlükəsizlik naziri vəzifəsini icra edən general-leytenant Mədət Quliyev keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun dövründə bu qurumun əməkdaşlarının yol verdiyi qanunsuzluqlar və cinayətlərlə bağlı açılan cinayət işinə münasibət bildirib. 

"Report" xəbər verir ki, M.Quliyev jurnalistlərə açıqlamasında deyib ki, nöqsana yol verən hər kəs qanun qarşısında cavab verməlidir: "Yol verilən cinayətlərlə bağlı Baş Prokrorluqda cinayət işi açılıb, istintaq davam etdirilir". 

General bildirib ki, əvvəlki illərdə MTN sıralarından uzaqlaşdırılmış bilikli, bacarıqlı, səriştəli şəxsləri yenidən işə dəvət edirlər: "Müəyyən səbəblərdən xidmətdən uzaqlaşmış işçiləri, tanıdıqlarımızı dəvət edirik, vəzifəyə təyin edirik. Bacarıqlı işçiləri təyin edirik. Bu təbii prosesdir" 

Son xəbərlər

Orphus sistemi