Yuxarı
    Bağlamaq

    Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası AXCP fəalının əfv edilməsi üçün Prezidentə müraciət edib

    Müraciətdə Asif Yusiflinin Qarabağ qazisi olması vurğulanıb

    Bakı. 19 aprel. REPORT.AZ/ Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası həbsdə olan koalisiya üzvü, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Rəyasət Heyətinin üzvü Asif Yusiflinin əfv edilməsi üçün Prezident İlham Əliyevə müraciət edib.

    “Report”un xəbərinə görə, bu barədə Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasının koordinatoru Əliməmməd Nuriyev məlumat verib.

    O bildirib ki, müraciətdə A.Yusiflinin Qarabağ qazisi olması vurğulanıb.

    Qeyd edək ki, A.Yusifli 2014-cü ilin noyabrında həbs edilib. Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, vətəndaş Fəridə Zülfüqarovanın 7700 manatının dələduzluq yolu ilə ələ keçirilməsi faktı üzrə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində başlanmış cinayət işi üzrə istintaqdan yayınan Bakı şəhər sakini Asif Yusifov saxlanılıb.

    O, Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla törədilən dələduzluq) və 320.1-ci (rəsmi sənədləri saxtalaşdırma, hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham olunaraq 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi