Bakı. 9 dekabr. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev M.M.Çaybasarskinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.
"Report" xəbər verir ki, sənəddə deyilir ki, Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə Məcid Mayis oğlu Çaybasarski “Tərəqqi” medalı ilə təltif edilsin.